AZ

Yenidən “Mançester Siti”də işləyəcək

“Mançester Siti”nin yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, italiyalı insayder Fabritsio Romanonun məlumatına görə, komandaya Entso Mareska təyinat alacaq. 46 yaşlı italiyalı mütəxəssis “şəhərlilər”lə 3 illik müqavilə üzrə razılığa gəlib.

Son günlər İngiltərə mətbuatında “Mançester Siti”nin tezliklə Xosep Qvardiola yolların ayrıldığı ilə bağlı məlumat yayacağı iddia olunurdu. 55 yaşlı ispaniyalı mütəxəssisin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Buna baxmayaraq, o, komandanı daha tez tərk etməyi lazım bilib.

Qeyd edək ki, Mareska əvvəllər Qvardiolanın məşqçilər korpusunda çalışıb. Onun sonuncu iş yeri “Çelsi” olub.

Seçilən
8
1
football-plus.az

2Mənbələr