AZ

Türkiyədə "Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində tədbir keçirildi

BAKI, 19 may. TELEQRAF

"Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində Antalya şəhər kitabxanasında tədbir keçirilib.

Bu barədə Teleqraf-a Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Kitabxanaya Azərbaycana dair rəsməsərləri, kitablar hədiyyə olunub.

Akdəniz bölgəsinin ən böyük kitabxanası- Antalya şəhər Kitabxanasına azərbaycanlı rəssam Arzu Əskərovun çəkdiyi Türk dünyasının tanınmış mütəfəkkirləri, böyük Azərbaycan şairi Nizami Gəncəvi və Türk şairi Yunus Əmrənin portret – rəsmləri hədiyyə edilib.

Sözügedən rəsm əsərləri kitabxananın oxu zalında “Türk böyükləri, şəxsiyyətləri” guşəsində daimi eksponat kimi yerləşdirilib.
Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair kitab kolleksiyası Antalya şəhər kitabxanasında “Azərbaycan bölümü”nə bağışlanıb.

Tədbirdə Antalya Kitabxanasının müdiri Oğuzhan Ceylan, Azərbaycan Səfirliyinin müşaviri Füzuli Məcidli, Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Antalya Kəpəz Bələdiyyəsi sədr müavini Evrim Yalçın çıxış ediblər.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, incəsənətimizin Türkiyədə tanıdılması istiqamətində həyata keçirilən bu kimi qalıcı layihələrin iki xalq arasında mədəni inteqrasiyanın güclənməsinə və milli mədəniyyətinin tanınmasına mühüm töhfə verdiyi vurğulanıb. Xüsusilə kitabxanalarda, mədəniyyət mərkəzlərində və təhsil müəssisələrində təqdim olunan Azərbaycan incəsənəti, ədəbiyyatı və tarixi ilə bağlı materiallar gələcək nəsillərin ortaq mədəni yaddaşının formalaşmasına xidmət etdiyi söylənilib.

Daha sonra Azərbaycan incəsənət ustalarının iştitakı ilə bədii proqram təqdim olunub.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Rəqs Ansamblı tərəfindən milli rəqslər təqdim olunub.

Eyni zamanda Azərbaycanlı sənətçilər Vüsalə Məryəm Alıcı, Müşfiq Əliyev və opera ifaçısı Fidan Hüseynova milli musiqi nümunələri ilə çıxış ediblər.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr