Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bəhreyn hakimiyyəti Ebola virusunun yayılması ilə əlaqədar Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudandan gələn xarici vətəndaşların ölkəyə girişini müvəqqəti dayandırıb.
APA xəbər verir ki, bu barədə Bəhreyn İnformasiya Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər mayın 19-dan qüvvəyə minəcək və 30 gün davam edəcək.
Qərar həmin ölkələrdən birbaşa gələn şəxslərə, eləcə də son 30 gün ərzində bu dövlətlərin ərazisində olmuş xarici vətəndaşlara şamil olunacaq.
Bildirilib ki, Bəhreyn vətəndaşları ölkəyə qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar protokollara əməl etməli olacaqlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.