Bizim media saytına istinadən ain.az xəbər verir.
Son 48 saat ərzində BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemləri mülki və strateji obyektləri hədəf alan 6 "düşmən" dronunu zərərsizləşdirib.Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilib ki, hücum nəticəsində tələfat və xəsarət alan olmayıb.Bundan əlavə, nazirlikdən qeyd olunub ki, aparılan araşdırma mayın 17-də "Barakah" AES-ə yönəlmiş hər üç dronun İraq ərazisindən atıldığını təsdiqləyib."Müdafiə Nazirliyi silahlı qüvvələrin dövlətin təhlükəsizliyinə və milli maraqlarına yönəlmiş istənilən təhdidin qarşısını almağa tam hazır olduğunu vurğulayır", — deyə bəyanatda bildirilib.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.