Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğın başlayıb.
Hadisənin miqyası getdikcə genişlənir və alov kompleksi bürüməkdədir.
Azreform.info xəbər verir ki, ətrafda yaşayan sakinlərin sözlərinə görə, hotelin ərazisindən qəfil qara tüstü dumanı ucalmağa başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hazırda alovun söndürülməsi və yaxınlıqdakı tikililərə keçməsinin qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir. Xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur. (nocomment.az)