AZ

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Bakı, 19 may, AZƏRTAC

Biz bu WUF13-də iştirak edərək Pəncab Hökumətinin “Apni Chhat Apna Ghar” mənzil proqramı təqdim edirik. Bu Pəncab əyalətinin şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil təminatı sahəsində həyata keçirdiyi təşəbbüsdür.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın Pəncab vilayətindən olan iştirakçı Uroj Said deyib.

“Biz belə beynəlxalq tədbiri Bakıda yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana minnətdarlığımızı bildiririk. Çünki beynəlxalq şəhərsalma mütəxəssisləri və şəhərsalma şirkətlərinin burada olduğunu görürük. Və biz burada qlobal, regional və mikro səviyyədə şəhərsalma modellərini müəyyən etmək üçün birgə işləmək üçün bir araya gəlmişik. Düşünürəm ki, bu, çox vacib bir addımdır və biz Azərbaycana və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkür edirik”, - deyə o qeyd edib.

Müxbir: Vüsalə Səfərova
Operator: Mirrəsul Cəfərov
Seçilən
5
3
azertag.az

4Mənbələr