AZ

Beynəlxalq forum QHT lər arasında əməkdaşlığın gücləndirəcək AQİL CAMAL FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda keçirilən beynəlxalq forum çərçivəsində qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, qlobal çağırışların müzakirəsi və yeni təşəbbüslərin formalaşdırılması əsas müzakirə mövzularından biri olub.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Avtosfer.az-a müsahibəsində bildirib ki, artıq bir neçə gündür Azərbaycan paytaxtı növbəti mühüm beynəlxalq tədbirə ev sahibliyi edir və bu cür platformaların ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşəbbüslərdə yalnız regionların və ölkələrin tarixi ilə bağlı məsələlərdə deyil, eyni zamanda bəşəriyyəti narahat edən qlobal problemlər, gələcək çağırışlar və onların həlli istiqamətində də fəal iştirak edən dövlətlərdən biridir:

“Bu gün keçirilən sessiyanın Azərbaycanda təşkil olunması da bunun bariz nümunəsidir. Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkili və idarə olunması sahəsində ciddi təcrübə qazanıb. Aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da bu proseslərdə fəal rol oynayır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə ilk dəfə belə genişmiqyaslı qeyri-hökumət təşkilatları forumunun keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.

O qeyd edib ki, forum çərçivəsində qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əməkdaşlıq, fikir mübadiləsi, təcrübə paylaşımı və müxtəlif təşəbbüslərin müzakirəsi aparılır:

“Sessiyalarda dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələr və həmkarlarımız öz baxışlarını, təcrübələrini və ideyalarını bölüşürlər. Bu cür platformalar beynəlxalq əməkdaşlığın güclənməsi, ortaq yanaşmaların formalaşması və yeni təşəbbüslərin ortaya çıxması baxımından olduqca vacibdir”.

İctimai birlik sədri əlavə edib ki, forum zamanı səsləndirilən fikirlərin və irəli sürülən təşəbbüslərin iştirakçı ölkələr üçün faydalı olacağı gözlənilir:

“İnanırıq ki, burada əldə olunan təcrübə, qurulan əlaqələr və müzakirə edilən ideyalar gələcək fəaliyyətlərdə mühüm töhfələr verəcək. Bu forum həm də vətəndaş cəmiyyətləri arasında dialoqun inkişafına və beynəlxalq həmrəyliyin güclənməsinə xidmət edir”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
avtosfer.az

1Mənbələr