ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim şəhərlərinin və tarixi memarlıq abidələrinin ölkənin mədəni irsinin mühüm hissəsi olduğunu bildirib.
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı qeyd edib ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz zəngin memarlıq ənənələri ilə seçilir.
Prezident çıxışında müxtəlif dövrlərə aid tarixi abidələri nümunə göstərərək onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
İlham Əliyev vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində yerləşən və 743-cü ildə tikilmiş Cümə məscidi dünyanın ən qədim məscidlərindən biri kimi qeyd edib:
“Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı 14-cü əsrdə yaşamış dahi Azərbaycan şairi Nəsiminin vətəni və 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birinin yerləşdiyi şəhərdir”.
Məscid 743-744-cü illərdə inşa edilib. Cənubi Qafqazda Dərbənd Cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.
Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş verən Şamaxı zəlzələləri zamanı dağılıb.
1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Prezident İlham Əliyevin sərəncamı əsasında 2010-2013-cü illərdə aparılıb.
.png)
Əlavə edək ki, dahi şair Nəsiminin vətəni olan Şamaxıda həm də Nəsimi Bağları Kompleksi ərazisi yaradılıb.
Burada Nəsiminin müasir üslubda hazırlanmış nəhəng heykəli yerləşir ki, o da öz əzəməti ilə Şamaxıya gələn hər kəsi valeh edir.
Böyük İpək Yolunun üzərində yerləşən Şamaxı əsrlər boyu mədəniyyətlərin, karvanların və sivilizasiyaların qovuşduğu məkan olub.
Bu torpaqlar saysız imperiyaların izinin, zəlzələlərin, dirçəlişlərin canlı şahidi olub.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şamaxı Azərbaycanın qədim şəhərsalma və tarixi irsinin ən mühüm simvollarından biridir.




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.