AZ

İcra başçısı ilə bağlı sensasiyalı fakt üzə ÇIXDI - DETALLAR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla bağlı sensasiyalı fakt üzə çıxıb.

Paytaxt.org  "masallı xəbərləri" səhifəsinə istinadla xəbər verir ki, icra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən, tabeliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülüb.

A.Əhmədov zabiti xilas etmək üçün müxtəlif tədbirlərə əl atsa da, cəhdləri uğursuz olub.

Keçmiş zabitin bildirdiyinə görə, vəziyyətin çıxılmaz olduğunu görən A.Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edib. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edib. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilib, əvəzində isə komandir özü girov qalıb.

Hadisənin bir çox detalları bu gün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirləri və dövlət təhlükəsizliyi ilə bağlı məqamlardır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilib və A.Əhmədov girovluqdan azad olunub.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü A.Əhmədov ehtiyatda olan təhlükəsizlik xidməti general-mayorudur.

Seçilən
1
11
paytaxt.org

10Mənbələr