"Bu gün xüsusilə hər şey daha açıq şəkildə keçir, insanlar məkana daha çox bələddirlər və həmçinin hər kəs üçün ən maraqlı olan tədbirləri müəyyən etmək mümkündür". Bu sözləri Metbuat.az-a açıqlamasında Anqolalı nümayəndə Moyzeş Feşto deyib. "Mənim üçün, məsələn, öz məqsədlərimə, hədəflərimə uyğun olan tədbiri asanlıqla tapmaq mümkün oldu və hesab edirəm ki, bu baxımdan hər şey çox yaxşıdır. Mənim üçün müzakirə olunması ən vacib olan sahə torpaq, mənzil və digər dolanışıq vasitələrinə çıxışda gender bərabərliyi ilə bağlıdır. Həmçinin mən məhəllələrimizi necə təkmilləşdirmək, heç bir plan olmadan böyüyən qeyri-rəsmi yaşayış məntəqələrimizi necə yaxşılaşdırmaq barədyə daha çox təşəbbüslər görmək istərdim".Gülçin Aslanlı / Metbuat.az