AZ

ABŞ demokratları parçalanır: Qaradərili blokda savaş

ABŞ-da qaradərili demokrat siyasətçilər arasında son illərin ən ciddi daxili qarşıdurmalarından biri başlayıb.

Musavat.com xəbər verir ki, Politico saytı bunula bağlı maraqlı məlumat yayın.

Saytın yazdığına görə, Ali Məhkəmənin seçki hüquqları ilə bağlı qərarlarından sonra Respublikaçıların cənub ştatlarında qaradərililərin üstünlük təşkil etdiyi dairələri zəiflətməsi Demokratlar daxilində açıq savaş yaradıb.

Məqalədə qeyd olunur ki, vəziyyət xüsusilə Filadelfiyada – ölkənin ən “mavi” seçki dairələrindən biri hesab olunan Pensilvaniyanın 3-cü dairəsində daha dramatik xarakter alıb. Uzun illər Konqresdə təmsil olunan Duayt Evans siyasətdən getdiyini açıqladıqdan sonra başlayan mübarizə artıq ideoloji və nəsillərarası toqquşmaya çevrilib.

Politico yazır ki, ABŞ Konqresindəki ən güclü qaradərili bloklardan biri olan Congressional Black Caucus daxilində parçalanma yaranıb. Bəzi üzvlər progressiv namizəd Kris Rabbı, digərləri isə daha sistem içi fiqurları dəstəkləyirlər. Məqalədə vurğulanır ki, bu qarşıdurma təkcə Filadelfiya uğrunda deyil – Demokrat Partiyasının gələcək istiqaməti uğrunda savaş kimi qiymətləndirilir.

ABŞ Konqresinin tanınmış simalarından Alexandria Okasio-Kortez Filadelfiyada keçirdiyi mitinqdə vəziyyəti “demokratiyanın əsaslarının sarsılması” adlandırıb.

Məqalədə qeyd olunur ki, Ali Məhkəmənin Seçki Hüquqları Aktını zəiflətməsindən sonra Respublikaçılar cənub ştatlarında qaradərililərin üstünlük təşkil etdiyi dairələri yenidən bölməyə başlayıblar. Politico yazır ki, bu proses Konqresdəki 63 nəfərlik qaradərili fraksiyanın üçdə birinə qədərinin mandatını risk altına sala bilər. Təhlükə altında olanlar arasında Demokratların ən nüfuzlu veteran siyasətçilərindən Cim Klaytbörn və Benni Tompson da var.

Politico xüsusi vurğulayır ki, bu böhran Demokrat Partiyası üçün ən həssas məqamda baş verir. Çünki demokratlar Konqresə nəzarəti geri qaytara bilsələr, partiyanın lideri Hakim Ceffriz Nümayəndələr Palatasının ilk qaradərili spikeri ola bilər.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr