AZ

Etan Nvanerinin az oynaması Fransa klubuna baha başa gələcək

Fransa Superliqası təmsilçisi "Marsel" qış transfer pəncərəsində heyətinə qatdığı gənc istedad Etan Nvaneri ilə bağlı gözlənilməz problemlə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, "Marsel" klubu ingiltərəli oyunçunun az şans qazanması səbəbindən "Arsenal" qarşısında rəsmi müqavilə şərtlərini pozduğu üçün maliyyə sanksiyasına məruz qalacaq.

"The Mirror" nəşrinin yaydığı eksklüziv məlumata əsasən, yanvar ayında tərəflər arasında imzalanan rəsmi razılaşmaya görə, Fransa klubu ilkin olaraq 1.3 milyon funt-sterlinq ödəmiş, həmçinin oyunçunun meydana çıxacağı dəqiqələrə bağlı xüsusi bəndlər qəbul etmişdi.

Lakin 19 yaşlı yarımmüdafiəçinin Velodrom stadionunda əsas heyətə düşməkdə çətinlik çəkməsi və əsasən sonradan oyuna daxil olması müqavilədəki cəza mexanizmini işə salıb. Statistika göstərir ki, Etan Nvaneri Fransa Liqa 1 çərçivəsində "Monako" və "Loryan" kimi rəsmi matçlarda orta hesabla cəmi 20-30 dəqiqə şans qazanıb ki, bu da "Arsenal" rəhbərliyini tamamilə narazı salıb.

Seçilən
7
1
fanat.az

2Mənbələr