AZ

“Bakı qlobal şəhərsalma dialoqu üçün ideal platformadır” WUF13 iştirakçısı İjan Mba

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu forum şəhərlərin gələcəyi ilə bağlı çox vacib məsələlərin müzakirə olunduğu qlobal platformadır. Burada təqdim olunan ideyalar və təcrübələr müxtəlif ölkələr üçün faydalı ola bilər. Mənim üçün bu tədbirdə iştirak həm peşəkar, həm də şəxsi baxımdan dəyərli təcrübədir”.

SİA xəbər verir ki, bu sözləri WUF13 sərgi iştirakçısı İjan Mba deyib.

O bildirib ki, təşkilatçılıq yüksək səviyyədə həyata keçirilib: “Nəqliyyat, qeydiyyat, sessiyaların təşkili və iştirakçılar üçün yaradılan imkanlar çox yaxşı düşünülüb”.

İjan Mba Bakı haqqında da müsbət təəssüratlarını bölüşüb: “Bakı çox gözəl şəhərdir. Müasirliklə tarixin harmoniyası, şəhərin təmizliyi və insanların qonaqpərvərliyi məndə xoş təəssürat yaradıb”.

O qeyd edib ki, WUF13 bütün iştirakçılar üçün faydalı və uğurlu nəticələr verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
sia.az

2Mənbələr