ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"İnsanın həyatı üçün vacib təbii resuslardan biri hava olsa da, onun keyfiyyətində baş verən dəyişikliklər çox vaxt gözlə görünmür. Atmosfrt təmiz görünsə belə, tərkibində insan sağlamlığına və ətraf mühitə ciddi təsir göstərən müxtəlif zərərli maddələr ola bilər".
Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, məhz buna görə də müasir dövrdə havanın keyfiyyətinin ölçülməsi ekoloji təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevrilib:
"Havanın keyfiyyəti xüsusi cihazlar və elmi metodlar vasitəsilə müəyyən edilir. Bu ölçmələr zamanı atmosferdə olan müxtəlif qazların və hissəciklərin miqdarı araşdırılır. Ən çox izlənilən göstəricilər sırasınada karbonmonoksid(CO), azot oksidləri (NO2), kükürd dioksid (SO2), ozon (O3)və incə toz hissəcikləri – PM2.5 və PM10 yer alır. Xüsusilə PM2.5 adlanan mikroskopik hissəciklər insanın ağciyərinə və qan dövranına daxil olaraq ciddi sağlamlıq problemləri yarada bilir.
Bu dəyişiklikləri ölçmək üçün şəhərlərdə və sənaye zonalarında monitorinq stansiyaları qurqşdırılır. Həmin stansiyalar havadan nümunələr götürərək real vaxt rejimində məlumat toplayır. Sensorlar vasitəsilə havadakı çirkləəndirici maddələrin sıxlığı müəyyən edilir və nəticələr xüsusi proqramlar vasitəsilə təhlil olunur. Son illərdə peyk texnalogiyaları da bu sahədə mühim rol oynamağa başlayıb. Peyk vasitəsilə böyük ərazilərdə atmosferin vəziyyəti izlənilir və çirklənmə mənbələri müəyyənləşdirilir.
Havanın keyfiyyətinin qiymətləndirilməsində “Hava keyfiyyəti indeksi” adlı göstəricidən də istifadə olunur. Bu indeks havanın insan sağlamlığı üçün nə dərəcədə təhlükəli olduğunu rəqəmlərlə ifadə edir. Göstərici yüksəldikcə risk səviyyəsi də artır. Belə məlumatlar xüsusilə uşaqlar, yaşlı insanlar və tənəffüz xəstəliklərindən əziyyət çəkən şəxslər üçün mühim əhəmiyyət daşıyır.
Görünməyən hava dəyişikliklərin əsas səbəbləri sırasında avtomobil tullantıları, sənaye müəssisələri, yanacaq yandırılması, tikinti işləri və meşə yanğınları dayanır. İqlim dəyişikliyi də havanın keyfiyyətinə birbaşa təsir göstərir. Temperaturun artması və uzun müddətli quraqlıqlar atmosferdə toz və zərərli qazların daha çox yayılmasına səbəb olur.
Mütəxəssislər hesab edir ki, havanın keyfiyyətinin davamlı monitorinqi yalnız ekoloji deyil, həm də ictimai sağlamlıq baxımından vacibdir. Erkən xəbərdarlıq sistemləri sayəsində insanlar təhlükəli günlərdə özlərini qoruya, dövlət qurumları isə çirklənmənin qarşısını almaq üçün tədbirlər görə bilər.
Nəticə etibarilə havanın keyfiyyətndəki görünməyən dəyişikliklər müasir texnalogiyalar və elmi üsullar vasitəsilə dəqiq şəkildə ölçülə bilir. Bu proses həm insanların sağlamlığının qorunması, həm də mühitin davamlılığının təmin olunması üçün böyük əhəmiyyət daşıyır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.