AZ

Qızı Əməkdar artisti sevindirdi

Əməkdar artist Elnur Kərimov sevincini izləyiciləri ilə bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında qızı Aylinlə bağlı paylaşım edib. O bildirib ki, 9-cu sinifdə təhsil alan Aylin buraxılış imtahanlarında 249 bal toplayaraq arzuladığı məktəbə qəbul olub.

Elnur Kərimov paylaşımında qızını bu uğuru münasibətilə təbrik edib:

"Qızım imtahanlarında yüksək nəticə göstərərək, Azarbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasına daxil olub".

Seçilən
1
2
bakivaxti.az

3Mənbələr