

Müəllif
Raxshanda
Görüşdə Azərbaycan və Belarus arasında tikinti və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.Bu barədə ulusum.az-a Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Belarus Respublikasının memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüşüb. Görüş zamanı forumun beynəlxalq əhəmiyyəti və ölkələr arasında əməkdaşlığın inkişafına verdiyi töhfə vurğulanıb. Tərəflər Azərbaycan və Belarus arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini bildiriblər. Qeyd olunub ki, tikinti və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Belarus nümayəndə heyətinin forumda iştirakı yüksək qiymətləndirilib. Tərəflər gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Diqqət Çəkənlər
WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO
Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq
Şuşa və Trabzon şəhərləri qardaşlaşdı