“Birbank” digər banklardakı kredit öhdəliklərini daha sərfəli şərtlərlə idarə etmək istəyənlər üçün yeni fürsət yaradır. Belə ki, ölkənin ilk rəqəmsal bankı yeni kampaniya çərçivəsində digər banklardakı kreditlərini “Birbank”a gətirən müştərilərə 6%-dək endirim təqdim edir.
1 iyun tarixinədək davam edəcək kampaniya müştərilərə yalnız daha sərfəli faiz şərtləri deyil, həm də aylıq kredit ödənişlərini azaltmaq və bütün kredit öhdəliklərini bir yerdən daha rahat idarə etmək imkanı yaradır.
Kampaniya çərçivəsində “Kapital Bank”dan və ya istənilən digər bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edə bilərlər.
“Birbank”ın təqdim etdiyi yeni imkan xüsusilə bir neçə kredit ödənişi olan və daha rahat maliyyə idarəçiliyi axtaran müştərilər üçün əlverişli həlldir. Kreditlərin bir mərkəzdə birləşdirilməsi həm ödəniş prosesini sadələşdirir, həm də maliyyə yükünü daha rahat planlaşdırmağa imkan verir.
Kampaniyadan yararlanmaq istəyənlər onlara ən yaxın “Kapital Bank”/ “Birbank” filialına yaxınlaşaraq bu fürsəti dəyərləndirə bilərlər.
Ətraflı məlumat üçün link: www.b-b.az/rkpr