AZ

Mayın 21-i səhərdən 25-i axşamadək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, ayın 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, mayın 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
36
49
ikisahil.az

10Mənbələr