ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü yekunlaşıb.
Forumun üçüncü günündə WUF13 tarixində ilk dəfə olaraq "WUF13 QHT forumu: qlobal tərəfdaşlıqlar və qərarvermə" adlı qeyri - hökumət təşkilatlarının forumu təşkil edilib.
Bundan başqa, bu gün “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq”, “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti”, “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər”, “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” və bu kimi mövzularda onlarla tədbir, dəyirmi masa və panel müzakirələri keçirilib.Bəs, WUF13-ün üçüncü günü daha nələrlə yadda qaldı?Bizim.Media-nın hazırladığı videoreportajı təqdim edirik:
Tehran Orucoğlu, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.