AZ

Bir gündə 500 nəfər zərər gördü 700 minlik ziyan

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Güclü yağışların yaratdığı sığorta zərəri məlum olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “Yeni Sabah”a bildirilib ki, mayın 17-də ölkə ərazisində qeydə alınan normadan artıq və  intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib. 

Məlumata görə, sözügedən tarixdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 sığorta şirkətinə ümumilikdə 486 sığortalı müraciəti daxil olub: Marqarita pizza

“Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 17 may 2026-cı il tarixdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 sığorta şirkətinə ümumilikdə 486 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 96-sı “Daşınmaz əmlakın icbari sığortası” növü, 70-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 32-si “Əmlakın yanğından və digər risklərdən sığortası” növü, 288-i isə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 377 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 704 min 721 manat həcmində müəyyənləşdirilib. Qalan 109 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi proqnozlaşdırılır.

Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 79%-i Bakı və Sumqayıt şəhərlərində, 21%-i isə respublikamızın digər bölgələrində qeydə alınıb”.

Nazim Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
15
yenisabah.az

10Mənbələr