Dövlət bankı ABB-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, bu barədə səhmdarların Ümumi Yığıncağında qərar qəbul edilib.
Qərara əsasən, maliyyə sahəsində böyük təcrübəyə sahib Azər Əliyev Əmiraslan oğlu Müşahidə Şurasının müstəqil üzvü seçilib. Hazırda bankın Müşahidə Şurasında sədrlə birlikdə yeddi üzv var, bunun üçü müstəqil üzvdür.
Azər Əliyev “Atəşgah Həyat”ın İdarə Heyətinin sədridir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. İqtisad elmləri namizədidir.
O, 2012-ci ildən “Atəşgah”də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. 2015-ci ilin oktyabrından “Atəşgah”də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2016-cı ilin dekabr ayından etibarən “Atəşgah Həyat”ın İdarə Heyətinin sədri kimi çalışır.