Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, magistratura imtahanı keçirilərkən ölkəmizdə belə bir mötəbər — WUF13 tədbirinin keçirilməsi mütləq nəzərə alınmalı idi:
"Yəni nəzərə alınmalı idi ki, Azərbaycanda belə bir tədbir keçiriləcək, yollar bağlı olacaq və həmin dövrdə insanların imtahana gəlib-getməsində çətinlik yaranacaq. Həqiqətən də həmin gün çox gərgin keçdi.
Bizim özümüzə də çoxlu müraciətlər oldu və biz insanları səbirli olmağa səslədik. Amma ciddi bir gərginlik və narahatlıq sosial mediada da açıq şəkildə müşahidə olundu. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi çox doğru qərar qəbul edərək belə bir addım atdı və imtahanların yenidən keçirilməsinə qərar verdi. Bu, çox vacib məsələdir. Yəni həm narazılıqların qarşısının alınması baxımından, həm də mövcud gərginliyin aradan qaldırılması baxımından".
Millət vəkilinin sözlərinə görə, əgər təkrar imtahan keçirilməsəydi, bu, magistratura yerlərinin boş qalmasına da mənfi təsir göstərəcəkdi:
"Ona görə də bu qərarı çox doğru hesab edirəm, alqışlayıram və çox yaxşı oldu ki, belə bir qərar qəbul edildi. Şükürlər olsun ki, gənclərimiz bu imtahanlarda təkrar iştirak etmək imkanı qazanacaqlar. İmtahan verən bütün gənclərə uğurlar arzulayıram".
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.