AZ

“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama

Məlum olduğu kimi, mövsümü 3-cü yerdə bitirəcəyi dəqiqləşən “Turan Tovuz” ölkəmizi Konfrans Liqasında təmsil edəcək. “Bozqurd” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Bəs, komanda avrokuboklardakı ev matçını Tovuzda, doğma azarkeşləri önündə keçirə biləcəkmi?

Bu sualla klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bütün qaydalar UEFA tərəfindən tənzimlənir. Stadionumuz 2-ci kateqoriya üçün uyğun olsa, 2-ci təsnifat mərhələsində evdə oynaya biləcəyik. Martdan etibarən bu istiqamətdə işlərə başlanılıb. Hazırda da tam gücümüzlə çalışırıq. Təbii ki, UEFA tərəfindən baxış keçiriləcək və bundan sonra stadiona kateqoriya veriləcək. Onların nə vaxt gələcəyi bəlli deyil, amma baxış mütləq olacaq”.

KƏNAN BAHADIR
Seçilən
14
1
football-plus.az

2Mənbələr