AZ

Alimenti ödəmirsə, bu, uşağa qarşı iqtisadi zorakılıqdır Sədr müavini

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Aliment ödəməyən atalar var. Əgər valideyn alimenti ödəmirsə, bu, uşağa qarşı iqtisadi zorakılıqdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən komitə iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

"Əlbəttə, aliment məsələsi bizi narahat edən məsələdir. Aliment Fondunun yaradılması ilə bağlı fikirlər səsləndirilir, onun təhlili davam edir”, - sədr müavini bildirib. 

Anar Kəlbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
unikal.az

2Mənbələr