Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ötən ilin avqust-sentyabr aylarında - MDB Oyunları ərəfəsində Gəncə şəhərinin Cavadxan qəsəbəsinin əsas küçəsinə asfalt örtüyü çəkilib. Daha sonra “BakuBus” MMC həmin yol üzrə 18 saylı yeni marşrut xətti açıb.
Hər iki hadisə qəsəbə sakinlərinin sevincinə səbəb olub, çünki günü-gündən böyüyən qəsəbədə yol və ictimai nəqliyyat problemi həllini tapmamışdı. Qəsəbə daxilində kələ-kötür yollar yağışlı havada keçilməz gölməçələrə çevrilirdi, yayda isə toz əlindən nəfəs almaq olmurdu. İctimai nqəliyyat adına ötən əsrdən qalma “Qazel”lər işləyirdi ki, onların da normal qrafiki yox idi.
İndi problemlər xeyli azalıb, amma tam həllini tapmayıb. “AzPolitika”ya danışan yerli sakinlər bildiriblər ki, yolu çəkən AAYDA (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) işini tam həcmdə görməyib. Belə ki, səkilər yarımçıq qalıb, yolun Gəncə qapısına bitişən təxminən 500-600 metrlik hissəsi isə asfaltlanmayıb.
Sakinlər bildiriblər ki, problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə, şəhəri Milli Məclisdə təmsil edən deputatlara və AAYDA-ya müraciət etsələr də nəticəsi olmayıb.
Ümid edilir ki, məsələnin ictimailəşdirilməsi aidiyyəti qurumları hərəkətə gətirə bilər.
Rasim
“AzPolitika.info”
❮


❯


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.