İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayan bir neçə ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilində ilk dəfə “Son zəng” çalınacaq.
Redaktor.az "Azərbaycan müəllimi" xəbər verir ki, azad edilmiş fəaliyyətə başlayan 8 məktəb bu il ilk məzunlarını yola salacaq.
“Son zəng” Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin, Cəbrayıl rayonu Horovlu kənd tam orta məktəbin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbin, Ağdam rayonu Kəngərli və Sarıcalı kənd tam orta məktəblərinin (Sarıcalı məktəbi Kəngərli məktəbinin sinif komplekti kimi), eləcə də Ağdərə rayonu Həsənriz və Vəngli kənd tam orta məktəblərinin (Vəngli məktəbi Həsənriz məktəbinin sinif komplekti kimi) məzunları üçün çalınacaq.