ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Xəbərin mətni
Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirildiyi dövrdə bəzi dairələr və qüvvələr tərəfindən ölkəmizə qarşı müəyyən kampaniyalara başlanılır. Son dövrlərdə bunun bir qədər azaldığını müşahidə edirik. Çünki istər ölkəmizin içərisində olan, istər ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən bu qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara artıq qrant verənlərin sayları da azalıb. Onların hansı mənbələrdən qrant aldıqlarını da, yəni qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini də biz çox gözəl bilirik. Onlar bunu inkar etməyə çalışsalar da. Bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.