AZ

"İnvestAZ" ADPU Quba filialında seminar keçirib

“InvestAZ İnvestisiya Şirkəti” QSC tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbələrin maliyyə savadlılığı istiqamətində praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub.

Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb.

Tədbiri tədris müdiri Yusif Abayev açaraq sənaye nümayəndələri ilə keçirilən görüşlərin tələbələrdə praktik vərdişlər formalaşması istiqamətində faydasını qeyd etdi. 

Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edib. O, “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar?” mövzusuna toxunaraq, maliyyə bazarlarının təkcə artım deyil, həm də eniş trendlərində təqdim etdiyi imkanları izah edib. R.Məmmədov risklərin idarə olunması, müasir investisiya strategiyaları və birja əməliyyatlarının texniki-fundamental əsasları barədə ətraflı məlumat verərək, real bazar nümunələri ilə fikirlərini əsaslandırıb.

Daha sonra “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin mütəxəssizi  Rəşad Mustafayev “Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, blokçeyn texnologiyasının yaratdığı yeni perspektivlər və kriptovalyuta bazarının özünəməxsus xüsusiyyətləri vurğulanıb. R.Mustafayev bu sahədə mövcud olan texnoloji yanaşmalar və qlobal iqtisadiyyata təsirləri barədə iştirakçıları məlumatlandırıb.

Məruzələr başa çatdıqdan sonra tədbir sual-cavab formatında davam edib. Tələbələr və müəllim heyəti tərəfindən ünvanlanan müasir maliyyə alətləri, investisiya riskləri və rəqəmsal iqtisadiyyatın gələcəyi ilə bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

InvestAZ İnvestisiya Şirkəti master klassAzərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı tədbirimaliyyə savadlılığı təlimi Azərbaycandamüasir yatırım imkanları master klassıInvestAZ tələbələr üçün seminarbirjada necə qazanmaq olar təlimiinvestisiya strategiyaları və risklərin idarə olunmasıkriptovalyuta və blokçeyn təqdimatırəqəmsal aktivlər və kriptovalyuta bazarıAzərbaycanda maliyyə bazarları təlimiInvestAZ tədris və analitika departamentiRövşən Məmmədov investisiya çıxışıRəşad Mustafayev kriptovalyuta təqdimatıblokçeyn texnologiyası və iqtisadiyyatmaliyyə bazarları üzrə master klassinvestisiya biliklərinin artırılmasıtələbələr üçün maliyyə təlimiAzərbaycanda investisiya seminarıinvestisiya bazarları və birja əməliyyatlarıkripto iqtisadiyyat və rəqəmsal maliyyə
Seçilən
0
2
marja.az

10Mənbələr