Yazını böyüt
Yazını kiçilt
Portuqaliya milli komandası 2026-cı il dünya çempionatı üçün heyətini açıqlayıb.
Hafta.az xəbər verir ki, bu haqda “Championat” nəşri məlumat yayıb.
Bildirilib ki, Kriştiano Ronaldo da yığmanın heyətinə daxil edilib. Qarşıdan gələn mundial futbol ulduzunun karyerasında altıncı dünya çempionatı olacaq.
Qrup mərhələsində Portuqaliya millisi DR Konqo, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.
Bildirilir ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.