AZ

23 ildə Bakıda 23 milyon kvadratmetr mənzil tikilib

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2003-cü ildən bu günə qədər Bakıda 23 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib.

Bunu WUF13 çərçivəsində “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, son 20 il ərzində paytaxta 180 milyard manata yaxın investisiya yatırılıb.

Eldar Əzizov qeyd edib ki, bu dövrdə yaşayış fondunun genişlənməsi ilə yanaşı, sosial infrastruktur da əhəmiyyətli dərəcədə inkişaf edib. O bildirib ki, son illərdə Bakıda xəstəxanaların sayı iki dəfə artıb, məktəblərin və uşaq bağçalarının sayı da əhəmiyyətli dərəcədə çoxalıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, paytaxtın inkişafı iki il əvvəl təsdiqlənmiş Baş Plan əsasında davam etdirilir. /APA/

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
5
azpost.info

4Mənbələr