AZ

Turan Rzayev: Türkiyənin “EFES 2026” təlimləri strateji mesaj xarakteri daşıyır

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Türkiyənin məktəb proqramlarında “Egey dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması və ardınca keçirilən iri hərbi təlimlər Ankaranın bölgədə daha sistemli və uzunmüddətli strategiya yürütməsindən xəbər verir”.

Bu sözləriGununsesi.info-ya siyasi şərhçi Turan Rzayev deyib.

O bildirib ki, “EFES-2026” Türkiyənin indiyə qədər keçirdiyi ən böyük amfibiya-desant təlimlərindən biridir və əsasən Egey və Şərqi Aralıq dənizi coğrafiyasına uyğun ssenarilər üzərində qurulub.

Onun fikrincə, təlimlər Ankara tərəfindən potensial dəniz və ada əməliyyatlarına hazırlıq kimi qiymətləndirilə bilər.

Şərhçi qeyd edib ki, Bayraktar TB3 pilotsuz aparatlarının TCG Anadolu gəmisi üzərində sınaqları və dəniz piyadalarının iştirakı Türkiyənin dəniz gücünü yeni konsepsiya üzərində inkişaf etdirdiyini göstərir.

Onun sözlərinə görə, bu addımlar regionda, xüsusilə Yunanıstanla münasibətlər kontekstində birbaşa hərbi eskalasiya deyil, lakin açıq strateji mesaj kimi qiymətləndirilir.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr