Azərbaycanı uğurlu təşkilatçılıq münasibətilə təbrik edirəm.
APA xəbər verir ki, bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində BMT-nin Məskunlaşma Proqramının İdarə Heyətlərinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr şöbəsinin rəhbəri Kristian Mensah deyib.
“Bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycanı təbrik edirəm. Burada çox fərqli və maraqlı müzakirələrin aparıldığını görürük və mən bu tədbirin iştirakçısı olmaqdan böyük məmnunluq duyuram. Sülh və inkişaf dayanıqlı insan inkişafından qaynaqlanır. Azərbaycanın çoxtərəfliliyin inkişaf etdirilməsində, o cümlədən Qoşulmama Hərəkatına və onun 120 üzv ölkəsinə sədrliyi çərçivəsində göstərdiyi fəaliyyət “Qlobal Cənub QHT Platforması” kimi təşəbbüslər üçün möhkəm zəmin yaradıb. Dünyanın müxtəlif bölgələrindən, xüsusilə də Qlobal Cənubdan nümayəndələri bir araya gətirən belə platformanın yaradılması çox vaxtında atılmış addımdır. Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası çərçivəsində bu təşəbbüs vətəndaş cəmiyyətinin sürətlə urbanizasiya olunan regionlarda daha koordinasiyalı və daha geniş təmsil olunan səsinin formalaşmasına artan ehtiyaca cavab verir. Panelin özündə belə həm qadınların, həm də kişilərin təmsil olunması çox müsbət haldır. Buna görə də Azərbaycanı uğurlu təşkilatçılıq münasibətilə təbrik edirəm”, - o qeyd edib.