AZ

Yalçın Rzazadə ölümündən 2 ay əvvəl məndən HALALLIQ İSTƏDİ

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Müğənni İntiqam Kərimov qatıldığı "Oz aramızda" verilişində diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi illərdir qarşılaşdığı haqsızlıqlardan danışaraq istedadlı insanların daha çox maneələrlə üzləşdiyini bildirib:

"İnsanın ən böyük düşməni onun savadı və istedadıdır. Belə insanların düşməni çox olur. Köməyin varsa rahat addımlayırsan, yoxdursa sənin irəli getməyinə mane olurlar. Başıma o qədər hadisələr gəlib..."

Kərimov qeyd edib ki, 1985-ci ildə ilk dəfə Heydər Əliyev Sarayı səhnəsində çıxış edib. O, mövzu ilə bağlı mərhum sənətçi Yalçın Rzazadə dediklərini açıqlayıb:

"Yalçın Rzazadə vəfatından iki ay əvvəl məni çağırıb dedi ki, halallığını ver. O vaxt deyirdilər ki, İntiqamı səhnəyə buraxmayın, digərlərindən çox seçilir. Sən vurdular, mən isə susdum. Bu sözləri Yasamal parkında söhbətimizdə dedi".

Müğənni həmin konsertdə fərqli obrazda səhnəyə çıxdığını da vurğulayıb:

"Saçlarım uzun idi, cins şalvar, kovboy ayaqqabısı geyinmişdim. Rok qrupunda rus dilində mahnı oxuyurdum".

İfaçı fəxri ad ala bilməməsindən də gileylənib. O bildirib ki, təqdimatları dəfələrlə geri qaytarılıb:

"Bir adamın beş dəfə təqdimatı gedib fəxri ad almağa, amma kənara qoyublar. Sovet dövründə 4 beynəlxalq müsabiqənin qalibi olmuşam. SSRİ-nin mədəniyyət nazirinin imzası ilə diplomum var. Sonra deyirlər ki, danışır. Bu, paxıllıq deyil, haqsızlıqlara reaksiyadır. Düşünürəm ki, mənim təqdimatım heç nazirin qarşısına çıxmayıb."

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
news.milli.az

2Mənbələr