Ajans.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan son 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirməyə nail olub. “Şəhərlərin iqtisadi inkişafı ilə bağlantılılıq arasında güclü əlaqə yaradılmalı, bütün bu proseslərin mərkəzində isə insanların rifahının yüksəldilməsi dayanmalıdır”, - deyə o diqqətə çatdırıb.