AZ

Rəqəmsal sənətçilər və elektron musiqiçilər üçün "Yaradıcı Çardaq" layihəsi icra ediləcək

"Mədəniyyət siyasətinə təsir edən iki yeni layihə işləyib hazırlamışıq".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov WUF13 çərçivəsində Mədəniyyət Nazirliyi və UNESCO tərəfindən keçirilən“UNESCO-nun Yaradıcı Şəhərləri və Davamlı Şəhər İnkişafı” adlı tədbirdə çıxışında bildirib.

“Bu layihələrdən biri mədəni məhsulların ixracına yönəlmiş layihədir. Layihə çərçivəsində mədəniyyət bazarının xəritələşdirilməsi yaradılacaq. Digər layihə isə “İnvestisiya.gov” layihəsidir. Bununla müxtəlif səneyələr tərəfindən həmin layihələrə sərmayə yatırılacaq. Alətlərin praktikada tətbiqi üzərində işləməyə başlamışıq", - o qeyd edib.

Rəşad Əzizov həmçinin bildirib ki, yaxın zamanda rəqəmsal sənətçilər və elektron musiqiçilər üçün nəzərdə tutulan "Yaradıcı Çardaq", "Azərbaycanfilm" kinostudiyasında yaradılacaq gənc və müasir kinematoqrafçılar üçün "Yaradıcı Kino Mərkəzi" kimi yeni layihələrin icrası planlaşdırılır.

Seçilən
34
2
apa.az

3Mənbələr