AZ

Atasına görə tez-tez ev dəyişdi, indi isə… - Bakıdakı tədbirin qadın siması

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində qonaqları prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qarşılayıb. Musavat.com oxucular üçün maraq kəsb edər deyə açılış mərasimində ayrı-ayrı ölkələrin hökumət başçılarını prezident Əliyevlə birlikdə qarşılayan Rossbaxın dosyesini hazırlayıb. BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru olan Anaklaudia Rossbax braziliyalı iqtisadçıdır.

UN-Habitat

O, 1970-ci ildə Braziliyanın San-Paulu şəhərində anadan olub. Lakin atasının işi ailəni müxtəlif evlərə köçməyə məbur edib. O, karyerasına Britaniyanın konsaltinq şirkəti olan “KPMG”-də hesabların yoxlanılması vəzifəsindən başlayıb. Rosbax həm Braziliyada, həm də Portuqaliyada işləyib. 1996-cı ildə o, “KPMG”-dən ayrılaraq əri və iki uşağı ilə birlikdə Braziliyaya qayıdbı. Burada isə magistr dərəcəsi alıb.

O, 2022-ci ildən 2024-cü ilə qədər, ABŞ-ın Linkoln Torpaq Siyasəti İnstitutunda Latın Amerikası və Karib hövzəsi üzrə direktor olmamışdan əvvəl, Braziliyada mənzil şəraitinin yaxşılaşdırılmasına kömək edən Dünya Bankında çalışıb.
2024-cü ildə o, BMT-nin baş katibi Antonio Quterreş tərəfindən irəli sürüldükdən sonra Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının icraçı direktoru vəzifəsində malayziyalı Maimunah Mohd Şərifin yerinə keçib. O, evi olmayan təxminən 300 milyon, "qeyri-rəsmi mənzillərdə" yaşayan bir milyard və evləri qeyri-kafi hesab edilən üç milyard insanın həyatını yaxşılaşdırmaqla məşğul olan BMT-Habitata rəhbərlik edir.

Anacláudia

Rossbax son 15 ildə mənzil sahəsində tədqiqatçı, dövlət sektoru işçisi, qeyri-hökumət təşkilatının təsisçisi, hökumətlər üçün xarici məsləhətçi, Dünya Bankı və qeyri-hökumət təşkilatları üçün tapşırıqlar alaraq çalışır. O, peşəkar həyatının çox hissəsini Braziliyada işləyib, eyni zamanda, müxtəlif və çoxlu sayda beynəlxalq səylərdə, layihələrdə, bilik mübadiləsi fəaliyyətlərində, konfranslarda və s. iştirak edib. Peşəkar həyatı ərzində o, Braziliyadan, eləcə də Filippin, Çin, Hindistan, Banqladeş, Cənubi Afrika, Anqola kimi ölkələrdən olan şəhər sektorundan əsas maraqlı tərəflərə dəstək və məsləhət vermək imkanı əldə edib. 10 il ərzində icraçı direktor vəzifəsində çalışıb, San Paulo və Resife şəhərlərindəki gecəqondulardakı icma təşkilatını dəstəkləyib, həmçinin onun Boliviyaya genişlənməsini və bu ölkədə yerli filialın yaradılmasını dəstəkləyib.

Emil Salamoğlu
Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr