AZ

Səadət Yusifova: “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın dayanıqlı şəhər inkişafına strateji yanaşmasını əks etdirir

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar Azərbaycanın dayanıqlı şəhər inkişafına sadiqliyini bir daha nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiysı (WUF13) çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.

O bildirib ki, bu gün regional inkişafın balanslaşdırılması, dayanıqlı yaşayış məntəqələrinin qurulması və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşma Azərbaycanın prioritetləri sırasındadır.

Müxbir - Gülay Nəzərova

Seçilən
24
azertag.az

1Mənbələr