Ajans.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. "Dünyada heç də bütün ölkələrdə hazırkı şəraitdə bu miqyasda tədbirin keçirilməsi mümkün deyil. Təhlükəsizlik vəziyyəti, müharibələr, həmçinin təşkilatçılıq qabiliyyəti, şəhərlərin hazırlıq səviyyəsi və digər parametrlər baxımından demək olar ki, heç də bütün şəhərlər və ölkələr bu kimi tədbirlərə hazır deyil”, - deyə Prezidentin köməkçisi əlavə edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin etimadı, ölkəmizin hazırlığı və çoxsaylı tədbirlərə ev sahibliyi etməsi Ümumdünya Şəhərsalma Forumu kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsini şərtləndirib.