AZ

​Sibir rusları Çin dilinə keçir? Putinə müraciət etdilər (VİDEO)

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial-iqtisadi durumu getdikcə ağırlaşan Sibirdə yerli əhali Moskvadansa, Çinə ümid etməyə üstünlük verirlər. 

“AzPolitika” xəbər verir ki, bir qrup İrkutsk sakininin Vladimir Putinə videomüraciətində hakimiyyət orqanlarından şikayət edilib.

Sibirlilər Çindən kömək istədiklərini, hətta Çin dilini öyrənməyə də hazır olduqlarını qeyd ediblər. Ruslar məktəb yerlərinin kəskin çatışmazlığından şikayət etdikləri müraciətdə Rusiya hakimiyyətindən məktəb tikintisi üçün Çindən maliyyələşdirmə istəmələrini xahiş ediblər.

Moskvadansa Pekindən daha tez kömək alacaqlarını başa düşən sakinlər bunun üçün Çin dilini öyrənməyi də gözə alıblar: "Biz Çin dilini öyrənməyə hazırıq, çünki inanırıq ki, ona həqiqətən ehtiyacımız var. Çinlə mədəni əlaqələri fəal şəkildə inkişaf etdirmək bizim üçün yeganə mümkün yoldur".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
azpolitika.info

1Mənbələr