AZ

İnzaqi “Əl-Hilal”dan gedir – “Tuttomercatoweb”


“Əl –Hilal”ın baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanı Premyer Liqasının son oyunundan sonra komandadan ayrılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tuttomercatoweb” portalı məlumat yayıbş
Məlumata görə, 50 yaşlı italiyalı mütəxəssisin komandadan ayrılmasına səbəb digər səbəblərlə yanaşı, ümidləri doğrultmayan yay transferlərinin tənqid edilməsi, eləcə də, klubun sahibinin dəyişməsi olub.
Onun baş məşqçi postunu tərk etməsi faktiki olaraq təsdiqlənib.
Qeyd edək ki, İnzaqi 2025-ci ilin iyun ayından bəri “Əl-Hilal”a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 37 dəfə qalib gəlib, 12 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub.
Seçilən
20
yeniavaz.com

1Mənbələr