Bakı, 19 may, AZƏRTAC
Bu gün şəhərlərin əsas problemlərindən biri kənd yerlərindən şəhərlərə artan miqrasiyadır. Bu isə mənzil təminatı, qeyri-rəsmi yaşayış sahələri, su, yol və ictimai nəqliyyat infrastrukturu üzərində ciddi təzyiq yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Cənubi Afrika Respublikasının Free State əyalətində İnsan Məskunlaşması və Yerli İdarəetmə üzrə icra şurasının üzvü Teboho Mokoena deyib.
O qeyd edib ki, insanlara layiqli yaşayış şəraiti və keyfiyyətli xidmətlərin göstərilməsi üçün sürətli həll yollarına ehtiyac var.
“WUF13 kimi platformalar şəhərlərin təcrübə mübadiləsi aparması və ortaq həll yolları tapması baxımından çox önəmlidir. Burada əldə etdiyimiz bilik və təcrübə problemlərin həllinə və daha yaxşı yaşayış şəraitinin qurulmasına kömək edəcək”,-deyə Teboho Mokoena əlavə edib.