AZ

Hikmət Hacıyev: Azərbaycan 300 min məburi köçkünü mənzillə təmin edib

Azərbaycan 300 min məburi köçkünü mənzillə təmin edib.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, münaqişə illərində, xüsusilə, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın ərazilərini işğalı zamanı ölkə ciddi mənzil problemləri ilə üzləşmişdi:

"Həmin dövrdə Azərbaycan hökuməti məcburi köçkünlər və qaçqınlar üçün mümkün olan bütün dəstəyi göstərdi, onlara sığınacaq, əlçatan və münasib qiymətli ərzaq təminatı və digər sosial xidmətlər təqdim etdi. Bununla yanaşı, məcburi köçkünlərin rifahının yaxşılaşdırılması məqsədilə müəyyən dövlət güzəştləri də tətbiq olundu. Onların əsas tələbi isə öz doğma yurdlarına qayıtmaq və orada təhlükəsiz, layiqli şəraitdə yaşamaq idi".

Seçilən
2
10
aznews.az

10Mənbələr