

Müəllif
Raxshanda
ABŞ Müdafiə Nazirliyi Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticəsiz qalmasının səbəblərini açıqlayıb.Ulusum.az xəbər verir ki, bu barədə “Atlantik Qətiyyəti” əməliyyatına rəhbərlik edən Xüsusi Müfəttiş Baş Müfəttişin ABŞ Konqresinə təqdim etdiyi hesabatda bildirilib.Hesabatda qeyd olunub ki, ABŞ-nin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşlər atəşkəs və ya sülh razılaşmasının əldə olunmasına imkan verməyib və proses dalana dirənib.Sənəddə vurğulanıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin ərazilərinin Rusiyaya verilməsini qəti şəkildə rədd edib.Bildirilib ki, Zelenski Ukrayna Konstitusiyasına əsasən hər hansı ərazi güzəştlərinin yalnız referendum yolu ilə mümkün olduğunu dəfələrlə bəyan edib.Qeyd edək ki, ötən həftə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Ukraynada mümkün atəşkəs və sülh danışıqlarının yalnız Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasından sonra mümkün ola biləcəyini açıqlamışdı.
Diqqət Çəkənlər
Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib
Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir