AZ

Türkiyənin 4 böyük klubunun başı bəlada 153 milyon avroluq 44 problem

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Super Liqasında 2025/26 mövsümünün başa çatması ilə birlikdə diqqətlər transfer dövrünə yönəlib. Xüsusilə “Qalatasaray”, "Fənərbağça”, “Beşiktaş”, və “Trabzonspor” daxil olmaqla bütün klubların rəhbərlikləri heyətlərini gücləndirmək üçün işlərini daha da intensivləşdirəcək. Lakin transfer dövründə bu dörd böyük klubun həll etməli olduğu ciddi və yüksək maliyyətli problem mövcuddur: mövsümün əvvəlində icarəyə verilən futbolçuların geri dönüşü.Demokrat.az xəbər verir ki, 2025/26 mövsümündə dörd böyük klub ümumilikdə 46 futbolçunu icarəyə göndərib. Onların böyük hissəsi gözlənilən performansı göstərə bilmədiyi və ya təcrübə qazanmaq məqsədilə göndərildiyi üçün 44 futbolçunun öz klublarına geri dönəcəyi bildirilir. Ümumi dəyəri 152 milyon 800 min avro olan bu oyunçuların demək olar ki, hamısının növbəti mövsümdə də yenidən icarəyə verilməsi ehtimal olunur. Bir neçə istisna xaric, onların əksəriyyəti gedikləri klublarda uğurlu çıxış etməyib."Qalatasaray" üçün ən çətin vəziyyətİcarədən qayıdan futbolçular problemi ən çox “Qalatasaray” rəhbərliyini çətin vəziyyətdə qoya bilər. "Sarı-qırmızılılar"ın mövsümün əvvəlində icarəyə verdiyi 13 futbolçudan müqaviləsi bitən Vilfried Zaha istisna olmaqla 12-si geri dönəcək. Ümumi dəyəri 46 milyon 750 min avro olan bu futbolçular arasında 13 milyon avro dəyərində Nikola Zaniolo, 7,5 milyon avro dəyərində Viktor Nelsson, eləcə də hər biri 7 milyon avro qiymətləndirilən Elias Yelert, Karlos Kuestа və Przemislav Frankovski də yer alır."Fənərbağça"da 11 futbolçu geri dönür“Fənərbağça”da 6-7 iyun tarixlərində keçiriləcək fövqəladə qurultayda seçiləcək yeni rəhbərliyi də çətin bir problem gözləyir: icarədən qayıdacaq 11 futbolçu. Ümumi dəyərləri 41 milyon 800 min avroya çatan bu oyunçular arasında ən bahalılar 12 milyon avro dəyərində Sofian Amrabat, 6 milyon avro dəyərində Cengiz Ünder və Dieqo Karlosdur. Futbolçuların 6-sının əcnəbi olması isə heyət planlamasını daha da çətinləşdirir."Beşiktaş" və "Trabzonspor"da da oxşar vəziyyət“Beşiktaş”ın icarəyə verdiyi 11 futbolçudan Ernest Muçi “Trabzonspor” tərəfindən 8,5 milyon avroya satın alınıb. Digər 10 futbolçu isə geri dönəcək. Ümumi dəyəri 33 milyon avro olan bu oyunçular arasında 13 milyon avro dəyərində Semih Kılıçsoy istisna olmaqla digərlərinin yenidən icarəyə verilməsi ehtimalı yüksək qiymətləndirilir.“Trabzonspor”da isə ümumi dəyəri 31 milyon 250 min avro olan 11 icarə futbolçusunun gələcək taleyinə baş məşqçi Fatih Tekke qərar verəcək.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr