AZ

Xosep Qvardiola ilə yollarını ayıracaq

Yazını böyüt
Yazını kiçilt

İngiltərənin “Mançester Siti” klubu cari mövsümün sonunda baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayıracaq.

Hafta.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat paylaşıb. O bildirib ki, ispaniyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Artıq “şəhərlilər”in yeni baş məşqçisi də bəllidir. Romanonun sözlərinə görə, Qvardiolanı bu vəzifədə Enzo Mareska əvəzləyəcək. “Çelsi”nin sabiq çalışdırıcısı ilə artıq 3 illik müqavilənin bütün detalları razılaşdırılıb.

Qeyd edək ki, Enzo Mareska karyerası ərzində İngiltərənin "Lester", "Vest Hem” və İspaniyanın “Sevilya” klublarında da çalışıb. İtaliyalı mütəxəssis 2022-ci ildən 2023-cü ilə qədər "Mançester Siti"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Seçilən
14
hafta.az

1Mənbələr