AZ

Jean-Pierre Jose Martin: Xalq öz torpağına və gələcəyinə nəzarət etmədiyi halda mənzil siyasəti ədalətli ola bilməz

Bakı, 19 may, AZƏRTAC

Mənzil problemi yalnız iqtisadi məsələ deyil, həm də tarixi ədalətsizliklərin və müstəmləkəçilik siyasətinin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Reparasiyalar Hərəkatının prezidenti Jean-Pierre Jose Martin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.

“Xalq öz torpağına, institutlarına və kollektiv gələcəyinə nəzarət etmədiyi halda heç bir mənzil siyasəti ədalətli ola bilməz. Xalqın özü cəmiyyətin strukturuna nəzarət etmədiyi halda dünyanı necə ləyaqətli şəkildə məskunlaşdırmaq olar? Müstəmləkəçilikdən qaynaqlanan və bu gün də davam edən ərazi məhrumiyyəti şəraitində ədalətli yaşayış siyasətindən danışmaq çətindir”, – deyə Jean-Pierre Jose Martin bildirib.

Fotoqraf - İlkin Cavanşirov

Seçilən
14
azertag.az

1Mənbələr