ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın İrkutsk vilayətindəki Berezovıy mikrorayonunun sakinləri Rusiya Xarici İşlər Nazirliyindən Çin lideri Si Szinpinlə əlaqə saxlayaraq onlar üçün məktəb tikdirməsini istəyiblər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Çin dilini öyrənməyə başlamağa hazırıq, çünki inanırıq ki, bu, həqiqətən də bizə lazımdır. Ölkəmizin prioritetlərinin Moskvada yeni metro stansiyaları və Tacikistanda yeni məktəblərin tikintisi olduğu bir vaxtda Çinlə mədəni əlaqələri fəal şəkildə inkişaf etdirmək bizim üçün yeganə mümkün yoldur", - sakinlər bildirib.
Sakinlərin sözlərinə görə, mikrorayonda 2021-ci ildə 1500 şagird yerlik yeni məktəbin tikintisi vəd edilmişdi. Tikinti yalnız 2025-ci ildə başlasa da, 2026-cı ildə dayandırılıb.
Onlar bildiriblər ki, məktəb olmadığı üçün şagirdlər qonşu Markova və Luqovoye qəsəbələrindəki məktəblərə gedirlər:
“Luqovoye qəsəbəsinə məsafə 12 kilometrdir. Ora yalnz ya avtobusla, ya da şəxsi maşınla getmək mümkündür”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.