AZ

Sülh üçün əlavə qarantlara ehtiyac yoxdur

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün əlavə “qarant” institutuna ehtiyac olmadığı ilə bağlı səsləndirilən fikirlər mövcud siyasi reallığı əks etdirir”.

Bunu politoloq Oqtay Qasımov xalqcebhesi.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, sülh müqaviləsinin hazırlanması və danışıqlar prosesinin irəliləməsi əsasən ikitərəfli formatda mümkün olub: “Azərbaycan tərəfindən irəli sürülən vasitəçilərsiz birbaşa dialoq təşəbbüsü Ermənistan tərəfindən qəbul olunub və tərəflər uzun müddətdir danışıqları məhz bu formatda davam etdirirlər.Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması və danışıqların müsbət sonluqla yekunlaşması məhz ikitərəfli formatda baş tutub. Bu baxımdan Nikol Paşinyan düzgün olaraq Ermənistan cəmiyyətinə çatdırmağa çalışır ki, əlavə qarantorlar və vasitəçilər prosesdə daha çox öz maraqlarını güdə bilərlər və zaman-zaman danışıqların irəliləməsinə maneələr yarada bilərlər”.

Oqtay Qasımov qeyd edib ki, ikitərəfli format münasibətlərin daha sürətli şəkildə normallaşmasına imkan verir. Onun sözlərinə görə, bunun konkret nəticələri artıq müşahidə olunur:

“Ötən ilin 8 avqustunda ABŞ Prezidenti Donald Trump iştirakı ilə Vaşinqtonda sülh müqaviləsinin mətni paraflandı. Bundan sonra Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırdı. Artıq Rusiya və Qazaxıstandan Ermənistana taxıl və digər məhsulların daşınmasına başlanılıb”.

Politoloq əlavə edib ki, tərəflər arasında iqtisadi-ticarət münasibətlərində də müəyyən irəliləyişlər müşahidə olunur:

“Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin formalaşması prosesi başlayıb. Artıq Azərbaycandan Ermənistana 13 min tona yaxın yanacaq məhsullarının ixracı həyata keçirilib. Bu da göstərir ki, münasibətlərin normallaşması istiqamətində real addımlar atılır”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr