Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Hazırda təxminən 1 milyarda yaxın insanın rəsmi mənzil qeydiyyatı yoxdur, bu isə ciddi problemdir.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Siyasətdən təsirə: Miqyaslı Mənzil Çatdırılması” adlı sessiyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Şöbəsinin rəhbəri Aziza Akmouç deyib.
O bildirib ki, Bakıda müzakirə edilən əsas mövzu mənzil çatışmazlığı və onun həll yollarıdır:
“İqtisadi baxımdan görürük ki, mənzil təminatında ciddi çatışmazlıq mövcuddur. Bu, yeni coğrafiyaların inkişafı ilə də bağlıdır. Bu gün Bakıda müzakirə etdiyimiz əsas mövzu mənzil çatışmazlığı və onun həll yollarıdır.
Dünyada iki nəfərdən biri uyğun ev tapmaqda çətinlik çəkir. Bu, qlobal miqyasda ciddi bir məsələdir və dünya birliyi tərəfindən daha çox diqqət yetirilməlidir”.
Aziza Akmouç qeyd edib ki, hazırda 37 ölkədə mənzil təminatı ilə bağlı çətinliklər mövcuddur və bu sahədə kifayət qədər koordinasiya yoxdur: “Mənzil məsələsi dövlətlərin prioritet məsələsi olmalıdır. Bu, hökumətlərin və dövlətlərin üzərinə düşən məsələdir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.