AZ

Grand Agro Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın kənd təsərrüfatı və ixrac sektorunda aparıcı qüvvəyə çevrilən "Grand-Agro" şirkəti İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən mühüm görüşlərdə ölkəmizi təmsil edib.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan şirkət təmsilçisi, Azərbaycanın zeytunçuluq sektorunun qlobal rəqabət qabiliyyətini diqqətə çatdırıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniya Ticarət Palatası ilə görüş

Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq İspaniya Ticarət Palatasının rəhbərliyi ilə bir araya gəlib. Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcək investisiya imkanları barədə qısa fikir mübadiləsi aparılaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfərin əsas diqqət mərkəzi Beynəlxalq Zeytun Şurası (IOC) ilə keçirilən strateji görüş olub. Şuranın prezidenti Jaime Lillo López tərəfindən qarşılanan Azərbaycan nümayəndə heyəti üçün ayrılan hissədə, "Grand-Agro" şirkətinin və ona məxsus "Olivea" brendlərinin təqdimatı keçirilib.

Təqdimat zamanı Azərbaycanın bu gün Mərkəzi Avropa və Cənub-Qərbi Asiyanın ən böyük zeytun bağlarına sahib olduğu xüsusi vurğulanıb. "Grand-Agro"nun təmsilçisi Səid Namazov çıxış edərək qeyd edib ki, yüksək keyfiyyətli Azərbaycan zeytun yağları artıq İspaniya, Türkiyə, BƏƏ (Dubay), Gürcüstan və Rusiya kimi ölkələrin bazarlarında yer alaraq beynəlxalq standartlara tam cavab verdiyini sübut edib.

Rəsmi çıxışlardan sonra keçirilən işçi müzakirələrdə AZPROMO, "Grand-Agro" və digər şirkət nümayəndələri Şuranın rəhbərliyi ilə zeytunçuluğun daha da inkişaf etdirilməsi üçün lazımi addımları müzakirə ediblər. Görüşdə Şuranın təmin etdiyi dəstək mexanizmləri və Azərbaycan məhsullarının dünya bazarında mövqeyinin gücləndirilməsi üçün görülməli olan texniki işlər barədə müzakirələr aparılıb.

Bu görüşlər "Grand-Agro"nun Azərbaycanın zeytunçuluq şöhrətini beynəlxalq arenada inkişaf etdirmək və ölkəmizi qlobal ixracatçı kimi möhkəmləndirmək strategiyasının mühüm tərkib hissəsidir.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
marja.az

2Mənbələr